Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

İran İsrailə cavab vermək məcburiyyətindədir -BMT TŞ-nin reaksiya verməməsi səbəbilə

BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir

“BMT Təhlükəsizlik Şurası səsini çıxara bilmədiyi üçün Tehranın təcavüzkar hərəkətlərinə qarşı İsrailə cavab verməkdən başqa çarəsi yoxdur.”

Yenixeber.org: Bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında bildirib.

“Hazırda İsrail rejiminin təcavüzünə qarşı Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının bu rejimin təcavüzünə qarşı qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa seçimi yoxdur.”, - deyə Baqiri Kani deyib.

Baqiri Kani həmçinin Tehranın cavabının bu rejimin İran İslam Respublikasının suverenliyinə, vətəndaşlarına və ərazisinə növbəti hücumlarının qarşısını almaq üçün lazım olduğunu deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam