Redaktor seçimi
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ:
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Günün xəbəri

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır -RƏSMİ

ABŞ İranı eskalasiyadan əl çəkməyə inandırmağa çalışır

ABŞ vasitəçi ölkələr vasitəsilə İranı Yaxın Şərqdə gərginliyin artmasından əl çəkməyə inandırmağa çalışır.

Yenixeber.org: Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Onun sözlərinə görə, Vaşinqton üçüncü ölkələrin nümayəndələri vasitəsilə eskalasiyanın İranın maraqlarına uyğun olmadığını və ABŞ-ın İsrailə mümkün hücumu dəf etməyə kömək edəcəyini çatdırmağa çalışır.

“Bölgədəki müttəfiqlər və tərəfdaşlarla söhbətlərimizin təfərrüatlarına girməyəcəm. Lakin gərginliyi istəmədiyimizi deməklə kifayətlənəcəm. Ümumi mövqe ondan ibarətdir ki, İran bundan sonra əlavə addım atmamalıdır”, - deyən Miller daha sonra sözlərinə belə davam edib: “Mən region ölkələrinə çatdırmaq istəyirəm ki, bu ölkələr İrana mesaj göndərərərək bu münaqişənin gərginləşməsi və İsrailə qarşı növbəti hücumun İranın maraqlarına qətiyyən cavab vermədiyini çatdırsınlar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam