
Venesuelanın hazırkı Prezidenti Nikolas Maduro respublikada keçirilən prezident seçkilərində qalib gəlib.
Yenixeber.org: Bu barədə ölkənin Milli Seçki Şurasının sədri Elvis Amoroso səsvermənin nəticələrinə dair açıqladığı məlumatda bildirib.
Şura sədrinin məlumatına görə, Maduro üçüncü altı illik müddət üçün yenidən seçilib.
Amoroso səslərin 80%-i hesablandıqdan sonra Maduronu 5 milyon 150 min 92 seçicinin və ya səs verənlərin 51,2 faizinin dəstəklədiyini bildirib. Açıqlanan məlumata görə, Maduronun əsas rəqibi, ifrat sağçı partiyaların namizədi Edmundo Qonsales 4,445,978 seçicinin və ya səs verənlərin 44,2%-nin səsini qaznıb.
Onun sözlərinə görə, seçicilərin 4,6%-i qalan səkkiz seçki iştirakçısına səs verib.
Amoroso bildirib ki, seçkilərin nəticələrinin elan edilməsinin gecikməsinə Milli Seçki Şurasının məlumatların ötürülməsi sisteminə hücum səbəb olub.
Mövcud qanunvericiliyə uyğun olaraq, şura ilk yekun nəticəni yalnız səslərin sayılması tendensiyası dönməz olduqdan sonra verir. Beləliklə, protokolların 100%-i hesablandıqdan sonra yekun faizlər dəyişsə də, lakin qalib müəyyən olunur.
Digər tərəfdən, ifrat sağçı partiyanın namizədi Qonsales seçkilərin nəticələrini tanıdığını rəsmən bəyan etməyib. O, iyunda 2024-cü il prezident seçkilərinin tanınması haqqında Sazişi imzalamayan dövlət başçısı vəzifəsinə iki iddiaçıdan biri olub. Seçki günü ispan dilində CNN davamlı olaraq Qonsalesin tərəfdarlarının onun seçki prosesində liderliyi ilə bağlı bəyanatlarını yayıb.










AZ
RU