Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan hakimiyyəti Moskvanın təkliflərinə müsbət yanaşmır -"İlin sonuna qədər sülh müqaviləsini imzalamağa hazırıq”

“İrəvan Ermənistan və Azərbaycan arasında danışıqlar üçün Rusiya platformasını effektiv hesab etmir”.

Yenixeber.org: Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim partiyanın deputatı Sarkis Xandanyan deyib.

Xandanyan bildirib ki, Ermənistan Azərbaycanla danışıqlarda müəyyən ardıcıllığı təmin etməyə çalışır və Qərb platformalarında əldə edilmiş əvvəlki nəticələri nəzərə alaraq, prosesin eyni formatlarda davam etdirilməsinə üstünlük verir. Bununla da Xandanyan Paşinyan hakimiyyətinin danışıqların təşkili ilə bağlı Moskvanın təkliflərinə müsbət yanaşmadığını ifadə edib.

Onun sözlərinə görə, XİN başçıları və iki ölkə liderləri səviyyəsində Brüsseldə keçirilən görüşlər sayəsində fundamental məsələlər razılaşdırılıb: "Sülh müqaviləsi layihəsinin və fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə (Qərb formatlarında) olub. Ona görə də Ermənistan deyir ki, səmərəlilik məsələsi var, danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”.

Komissiya sədri həmçinin qeyd edib ki, Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalamağa hazırdır: “Əgər Ermənistanın qaldırdığı və razılıq əldə etdiyi bütün fundamental məsələlər öz təsdiqini tapsa və sülh müqaviləsində yer alsa, bundan sonra müqavilənin imzalanması artıq texniki məsələ olacaq”.

Xandanyanın sözlərinə görə, Ermənistanın sonuncu dəfə Bakıya göndərdiyi təkliflərlə bağlı razılaşma olarsa, ilin sonunda sazişin imzalanması mümkündür: "Lakin biz vəziyyətin praktikada necə olacağını görmək üçün gözləməliyik". 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam