Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Separatçı dəlilər də ərzaqsız qaldılar - FOTOLAR

Separatçı dəlilər də ərzaqsız qaldılar -  FOTOLAR
Bu gün Xankəndi-Laçın yolunda "Ekosidə son" çağırışları ilə keçirilən etiraz aksiyalarının başlanmasından 22 gün keçir.
Yenixeber.org: Sülhməramlılar aksiya səbəbindən dəhlizdə nəqliyyatın fəaliyyətini dayandırıblar. Bu isə separatçıları çətin duruma salıb. Xankəndi və digər ərazilərdə yanacaq, ərzaq və kənd təsərrüfatı məhsullarının böhranı yaranıb. Bu gün separatçıların "hüquq müdafiəçisi" Qeqam Stepanyan sosial şəbəkələrdə paylaşım edərək xəbər yayıb ki, artıq uşaq baxçaları ilə yanaşı digər sosial obyektlərdə, xüsusən də el arasında dəlixana kimi tanınan psixatriya mərkəzlərində də ciddi ərzaq çatışmazlıqları yaranıb.

Onun sözlərinə görə ermənilər əvvəlki tək müxtəlif müəssisələrdən, uşaq bağçaları, xəstəxanalar, psixiatriya mərkəzləri, uşaq və qocalar evlərindən normal qaydada yararlana bilmir, qidalarla bağlı isə böhran dözülməz həddə çatıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən aksiya azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.(azvision)





Tural Tağıyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam