Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

Bu liderlərin Kiyevə niyə gəldiyi araşdırilıb

"Bu gün Kiyevə gələn Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın baş naziri Mario Draqi Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynaya dəstək nümayiş etdirmək niyyətindədirlər".

 

Yenixeber.org: Məlumata görə, birgə səfərin təşkili bir neçə həftə çəkib. Üç Aİ ölkəsinin liderləri Rusiya Federasiyasının genişmiqyaslı işğalına reaksiyalarına görə Ukraynada tənqidlərdən yaxa qurtarmaq niyyətindədirlər.

"Bu, mühüm məqamdır. Bu, bizim ukraynalılara göndərdiyimiz birlik siqnalıdır", - Makron Kiyevə gələrkən deyib.

Yelisey sarayının nümayəndəsi səfərin niyə məhz indi baş tutduğunu cavablandıraraq bildirib ki, bunu Avropa İttifaqı sammitinə qədər etməyin daha yaxşı oluğunu nəzərə alaraq planlaşdırıblar. Orada Kiyevin üzvlüklə bağlı müraciəti müzakirə olunacaq. Cümə günü bu məsələ ilə bağlı qərarı Avropa Komissiyası elan etməlidir.

“Biz elə bir nöqtəyə gəlmişik ki, biz avropalılar işğala qəhrəmancasına müqavimət göstərən Ukrayna və onun xalqına aydın siyasi dəstək siqnalları göndərməliyik”,- deyə Makron administrasiyasının adının açıqlanmayan rəsmisi bildirib.

Öz növbəsində, Draqi çərşənbə axşamı Rusiya ilə "mümkün qədər tez" danışıqlara başlamaq zərurətini açıqladı. Eyni zamanda o əlavə edib ki, onlar Ukraynanın məqbul hesab etdiyi şərtlərlə olmalıdırlar.

KİV-in məlumatına görə, prezident Vladimir Zelenski üç liderlə görüşdə onları Ukrayna Silahlı Qüvvələrinə Rusiya işğalçılarına müqavimət göstərmək üçün daha çox silah göndərməyə sövq edəcək.

Eyni zamanda, Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv yazır ki, Makron, Şolz və Draqi bizə Aİ-yə namizəd və Putinlə danışıqlar prosesinə qayıtmaq tələbi gətirirlər.("Reuters")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam