Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

ABŞ Ukraynaya müasir HHM sistemlərini tədarük edə bilər-RƏSMİ

“Birləşmiş Ştatlar Ukraynanı qabaqcıl Hava Hücumundan Müdafiə (HHM) sistemləri ilə təmin etmək üçün Avropa və digər yerlərdəki tərəfdaşları ilə işləyir. Bundan əlavə, Vaşinqton müttəfiqləri ilə Kiyevin sahil müdafiəsi, o cümlədən gəmi əleyhinə raketlərlə təmin edilməsi perspektivlərini müzakirə edir, lakin Ukrayna tərəfi Amerikadan tankların tədarükü üçün müraciət etməyib”.

Yenixeber.org: Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

 

“Mən konkret ölkələr və ya konkret sistemlər haqqında danışmayacağam. Bu iş gedir. Və təbii ki, bu sistemlərin lazımi yerə çatdırılmasını təmin etmək üçün bu işin effektivliyini qorumaq istəyirəm. Biz ukraynalılar və müttəfiqlərlə təmin edə biləcəyimiz sahil müdafiəsi və gəmi əleyhinə imkanlar barədə danışıqlar aparırıq. Bununla bağlı bəzi əməliyyat mürəkkəbliyi var. Amma bu, bizim sürətli inkişafı təmin etməyə çalışdığımız vektor və sahədir”, - Amerika liderinin müşaviri bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan tankların verilməsini istəməyib: “Biz onun tanklarla bağlı istəyini eşitdik, mənim başa düşdüyüm kimi, ukraynalılar tank məsələsində konkret olaraq ABŞ-a deyil, bəzi başqa dövlətlərə müraciət ediblər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam