Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Hokinqin sirli lövhəsi” – Dahi fizik bəşəriyyətdən nəyi gizlədib?

“Hokinqin sirli lövhəsi” – Dahi fizik bəşəriyyətdən nəyi gizlədib?

Tədqiqatçılar 2018-ci ildə vəfat edən ingilis fizik, kosmoloq və astrofizik Stiven Hokinqin ofisindəki lövhəni araşdırmağa başlayıblar.

Yenixeber.org: Müəmmalı qeydlərin yer aldığı yazı lövhəsi xüsusi maraq doğurub.

Bu, üzərində qeydlər olan xüsusi lövhədir – 1980-ci ildə Kembricdə keçirilən elmi konfransı zamanı Hokinq ona çoxsaylı rəsmlər çəkib, işarələr qoyub.

Lövhə sənət əsəri hesab olunurdu, amma indi mütəxəssislər onun üzərində elmi məna daşıya biləcək deşifrə edilməmiş qeydlərin olduğunu irəli sürürlər. Tədqiqatçılara görə, lövhədə bəşəriyyətin hələ də açmadığı “Hokinq şifrəsi” var.

Elm adamları “Hokinq şifrəsi”nin açılmasında kömək üçün elm adamlarına müraciət ediblər.

Stiven Hokinqin ofisinin kuratoru Xuan-Andres Leonun sözlərinə görə, 1980-ci ildə keçirilmiş elmi konfransın hələ sağ olan iştirakçıları “şifrə”ni açmağa kömək edə bilərlər. O da mümkündür ki, Hokinqin lövhəsindəki qəribə qeydlərdə heç bir elmi sirr yoxdur, bunlar sadəcə cızma-qara da ola bilər. Buna baxmayaraq, qeydlər araşdırılacaq./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam