Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Cavanşir Feyziyev qalmaqalı" oliqarxları qorxudub-Britaniyadan qaçırlar

Yenixeber.org: Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan vəsaitin 5,6 milyon funt-sterlinqini (13 milyon manat) müsadirə etməsi oliqarxları qorxudub. Bu qorxu son günlər kabusa çevrilməkdədir. Məsələ ondan ibarətdir ki, Böyük Britaniya parlamenti mənşəyi məlum olmayan sərvətlərin müsadirə olunmasını asanlaşdırmaq üçün mövcud qanunvericiliyə düzəlişi müzakirəyə çıxaracaq. Qanunvericiliyə edlən düzəliş Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) fəaliyyət dairəsini genişləndirəcək. Eyni zamanda mənşəyi məlum olmayan kapitalın müsadirəolunma mexanizmini də sadələşdirəcək.
Bu məlumat oliqarxları qorxudub və onlar sərvətlərini Böyük Britaniyadan çıxarmağa çalışırlar. Ancaq həmin sərvəti Azərbaycana da qaytarmağı düşünmürlər. Oliqarxların sərvətlərini daşımaq istədikləri ölkələrin arasında Portuqaliya, İtaliya, İspaniya və Yunanıstan ön sırada gəlir. Portuqaliyanın önə çıxmasının özəl səbəbi var. Belə ki, 280 min avro dəyərində bərpaya ehtiyacı olan daşınmaz əmlak almaqla 5 illik yaşayış icazəsi almaq olur. Bu icazənin aldıqdan sonra daşınmaz əmlakı alan şəxs özü və yaçı 18-dən yuxarı olan ailə üzvüləri vətəndaşlıq verilməsi üçün müraciət edə bilər. İl ərzində cəmi 7 gün Portuqaliyada yaşamaq vətəndaşlıq üçün müraciət etmək üçün yetərlidir. Avropanın əksər ölkələrində bu büddət il ərzində 183 gün təşkil edir ki, bu müddət oliqarxlar üçün sərfəli deyil. Digər tərəfdən Portuqaliya sərvətin mənşəyi ilə maraqlanmır. Portuqaliyada 5 illik yaşayış icazəsi alan şəxs Şengen zonasında sərbəst hərəkət edə bilir. Bütün bunlara görə oliqarxlar Portuqaliyaya yönəliblər.
Xaqani Cəfərli: politoloq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam