Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ Qazaxıstandan izahat tələb edib-SƏBƏB

ABŞ Qazaxıstandan KTMT-dən kömək istəməsinə görə izahat tələb edib

Birləşmiş Ştatlar Qazaxıstandan hakimiyyət orqanlarının ölkədəki vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini tələb edib. 
Yenixeber.org: Bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.
"Bizim real suallarımız var, onlar nə üçün Rusiyanın dominantlıq etdiyi bu təşkilata üz tutmağa məcbur oldular?
Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, indi hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - Blinken CNN-ə müsahibəsində deyib.
O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib.
"Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam