Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dərin dövlət qərar verdi: “Ərdoğanın bu addımına baxmayaraq...” - ŞOK İDDİA

Dərin dövlət qərar verdi: “Ərdoğanın bu addımına baxmayaraq…” – ŞOK İDDİA

                “ABŞ və İsrail Türkiyə ilə yeni səhifə açmağa hazırlaşır”.

Yenixeber.org: Bu barədə Yunanıstanın “Apopseis” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi Kostas Venizelos bölgədə mövqelərin yenidən böldüşdürüldüyünü və Türkiyənin yeni oyunda əlinin gücləndiyini iddia edib.

Müəllif ABŞ-ın yenidən Türkiyə ilə birlikdə hərəkət etmək qərarı verdiyini yazıb:

“Aydındır ki, Türkiyə aparıcı rol axtarır, amma o, tək deyil. Ankara bilir ki, bu regiona yönəlik istənilən addımın bir parçası olacaq. Hərbi gücündən və böyüklüyündən istifadə edərək bacardığı qədər qazanacaq”.

ABŞ-ın sakitləşdirmə strategiyasına diqqət çəkən məqalə müəllifi qeyd edib:

“Amerikalıları türklərin oyunlarından narahat olsalar da, Ərdoğanın ABŞ-ın maraq və planlarına zidd addımları Türkiyə ilə əlaqə kanallarını sarsıtmadı. ABŞ-ın dərin dövlətində güclü fikir birliyi var ki, Türkiyədən əl çəkmək lazım deyil, hətta münasibətləri yaxşılaşdırmaq üçün yaxınlaşma zəmini yaradılmalıdır”.

Nəşr Türkiyənin son zamanlar münasibətləri pisləşən ölkələrlə də yeni səhifə açmağa hazır olduğunu bildirib: “Misir məsələsi bir az daha çətin olsa da, İsrail rəsmiləri artıq müəyyən bir nöqtəyə qədər yaxınlaşma istədiklərini deyirlər”.

ABŞ və Türkiyə arasındakı qarşıdurmanın da bitə biləcəyini qeyd edən yunan nəşri artıq bu yöndə müsbət dəyişikliklərin nəzərə çarpdığını vurğulayıb.

Müəllif Avropa Birliyi və NATO-nun da Türkiyə ilə münasibətlərini pozmamağa çalışdığına diqqət çəkib: “Bütün bunlar Türkiyənin ABŞ, NATO və həmçinin AB-dəki tərəfdaşlarımız üçün əhəmiyyətini təsdiqləyir”./teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam