Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Kremlin “qara qutusu” ABŞ-a sığındı–Putindən "Şərəf Medalı" da alıb/ FOTO

Kommersiya cinayətlərinə görə İsveçrədən ABŞ-a ekstradisiya edilən Rusiya vətəndaşının 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxilə cəhdi ilə bağlı məxfi sənədlərə malik olduğu və ABŞ-a ekstradisiyasını tələb etdiyi bildirilir.
Yenixeber.org: ABŞ Ədliyyə Departamenti tərəfindən dekabrın 20-də İsveçrədən ekstradisiya edilmiş Rusiya vətəndaşı Vladislav Klyuşin haqqında "ABŞ kompüter şəbəkələrindən qeyri-ictimai maliyyə məlumatlarının oğurlanması və ticarəti məqsədilə kiber təxribatda iştirak” barədə məlumatlar yayımlanıb.
3 ABŞ rəsmisinə istiandən verilən xəbərdə rəsmi Kremldə çalışan Klyuşinin 2016-cı il ABŞ seçkilərinə Rusiyanın müdaxilə cəhdi də daxil olmaqla Kremllə bağlı məxfi sənədlərə sahib olduğu iddia edilir.
Məlumata görə, Kluyşinin Rusiya Müdafiə Nazirliyinə birbaşa giriş kartı mövcud olub. O, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putindən "Şərəf Medalı" da alıb.
Etirafı ABŞ rəsmiləri tərəfindən hələ təsdiqlənməmiş Kluyşin Rusiyanın 2016-cı il ABŞ seçkiləri zamanı Demokratik Partiyanın serverlərinə kiberhücum əməliyyatı ilə bağlı məxfi sənədlərə çıxış əldə etdiyini idda edir.
“Bloomberg”-ə verdiyi açıqlamada Kluyşinin vəkili Oliver Ciric, ABŞ kəşfiyyatının 2019-cu ilin yayında Fransanın cənubunda, İngilis kəşfiyyatının 2020-ci ilin mart ayında Almaniyanın Edinqburq şəhərində Kluyşin ilə danışıqlar apardığını bildirib.
Açıqlamada həmçinin aprelin 7-də Kluyşini dələduzluqda ittiham edərək Rusiyada mühakimə olunacağı da qeyd olunub.
Lakin Kluyşin İsveçrə məhkəməsinə vəkili vasitəsilə ABŞ-a ekstradisiya tələbi ilə müraciət edib və məhkəmə 2021-ci ilin avqustunda onun Rusiyanın ekstradisiya tələbini rədd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam