Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sabiq deputat Əsabil Qasımov Jeleznovodskda 2 milyardlıq otel açdı-FOTOLAR

Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən iri sağlamlıq mərkəzlərindən biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriya tipli oteli açılıb.

Yenixeber.org: Bu haqda şəhər administrasiyasının mətbuat xidməti bildirir.

Sanatoriya şəhərin mərkəzində, yarımqəzalı vəziyyətdə olan binanın yerində üç il ərzində tikilib başa çatdırılıb. Cəmi 500 yerlikdir və layihəyə 2 milyard rubla yaxın investisiya yatırılıb.

Stavrapol qubernatorunun mətbuat xidmətinin informasiyasında deyilir ki, sanatoriya xarici investisiya hesabına tikilib, investor isə Azərbaycan şirkətidir. Açılış mərasimində layihənin investoru Əsabil Qasımov (azərbaycanlı biznesmen-oliqarx, keçmiş deputat, – red.) və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Sanatoriyanın müasir tibbi və SPA-avadanlıqları ilə təchiz olunduğu bildirilir. Orada geniş spektrda xroniki xəstəliklər, o cümlədən dayaq-hərəkət sistemi xəstəlikləri, maddələr mübadiləsinin pozulması və s. müalicə olunacaq.

Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını açmışdı.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam