Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkə XX əsrin ən dəhşətli diktaturası idi…-ARAŞDIRMA

 

Yenixeber.org: Qabriel Boriç Çilinin tarixində ən gənc prezident oldu. Solçuların “Ləyaqəti dəstəkləyirəm” koalisiyasının 35 yaşlı namizədinə prezident seçkilərinin ikinci turunda seçicilərin 55%-i səs verdi. Siyasətə tələbə hərəkatından gəlmiş Boriçin əsas seçkiqabağı vədlərindən biri sosial bərabərsizliklə mübarizədir. O, zənginlər üçün daha böyük vergi dərəcələrinin tətbiqini və özəl təqaüd fondlarından imtinanı təklif edib.

“Mən özümü ədalət, demokratiyanın genişlənməsi, insan haqları və azadlıqlarının müdafiəsi uğrunda mübarizə aparanların keçdikləri uzun tarixi yolun davamçısı hesab edirəm. Bu böyük ailəni yenə bir yerdə görmək istəyirəm, çünki biz yeni tarixi dövrün başlanğıcındayıq,” — deyə Qabriel Boriç bildirib. 

Seçkilərin nəticəsinə Boriçin rəqibinin reaksiyası da çox maraqlı olub. Ultrakonservativ siyasətçi Xose Antonio Kast sağ təmayüllü partiyaların namizədi idi, onu hakim qüvvə — “İrəli, Çili” alyansı dəstəkləyirdi. Bununla belə, Kast seçicilərin 45%-nin səsini qazana bilib. 

“İlk növbədə mən Qabriel Boriçi təbrik etmək istəyirəm, — uduzmuş namizəd deyib. — O, bizim hörmətimizə layiqdir, böyük üstünlüklə qələbə qazandı, çilililərin çoxu ona etimad göstərdi və ümid edirik ki, o, yaxşı hökumət quracaq. Öz tərəfimizdən isə biz, aramızdakı mövqe fərqlərinə baxmayaraq, əlimizdən gələni edəcəyik ki, ölkənin inkişafına tövhə verə bilək”. 

Çilidə seçkilər koronavirus pandemiyasının və sosial gərginliyin yaratdığı böhran şəraitində keçib. Bu böhran etiraz tədbirləri və iğtişaşlarla, hökumətlə radikal qruplaşmalar arasında münaqişələrlə müşayiət olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam