Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tatarıstandan müstəqillik addımları: Kazan Rusiyanın qanunlarını tanımır

Tatarıstan parlamenti Dövlət Dumasının Rusiya Federasiyası subyektlərinin respublika prezidenti vəzifəsinin ləğvini nəzərdə tutan qanun layihəsini tanımaqdan imtina edib. 
Yenixeber.org: Bu barədə məlumatı oktyabrın 25-də “Kommersant” məlumat yayıb.  
Məlumata görə, Tatarıstan Respublikasının Dövlət Şurası Komitəsinin rəhbəri Albert Xabibullin bildirib ki, bu qanun layihəsinin bəzi müddəaları “demokratik federal hüquqi dövlət kimi Rusiya Federasiyasının konstitusiya sisteminin əsaslarına ziddir”.
Qeyd olunur ki, qanun layihəsinin dəstəklənməməsi barədə qərar 82 deputat tərəfindən yekdilliklə qəbul edilib. Xabibullin bu məsələni müzakirəsi üçün vaxt itirməməyi məsləhət görüb. Onu Tatarıstan Dövlət Şurasının spikeri Fərid Muxametşin də dəstəkləyib. Bununla belə, Muxametşin deputatların gələcəkdə qanun layihəsinin müzakirəsinə qayıdacaqlarını da istisna etməyib. Beləliklə, Tatarıstan parlamenti Rüstəm Minnixanovun respublika prezidenti adlandırılmasını açıq şəkildə dəstəkləyib. 
Qeyd edək ki, Rusiyanın Dövlət Dumasına təqdim olunan qanun layihəsi senator Andrey Klişas və deputat Pavel Kraşeninnikov tərəfindən hazırlanıb. Layihədə Rusiyada regional hakimiyyət orqanlarının vahid strukturunu və onların iş prinsiplərini müəyyən edilir. Xüsusilə, qubernatorluq vəzifəsi  (bölgədəki ən yüksək səlahiyyətli şəxs) yeni qanun layihəsində təyinatlı dövlət işi kimi təqdim olunur və o, prezident hesab edilmir.
İddialara görə, qanun layihəsi formal olaraq Rusiyanın bütün regionlarına şamil edilsə də, əslində sırf Tatarıstan üçün nəzərdə hazırlanıb. Çünki Federasiyanın başqa subyektlərindən fərqli olaraq, Tatarıstanda hələ də prezidentlik üsul-idarəsi fəaliyyətdədir. Tatarıstan rəhbərliyi isə qanun layihəsinin federal dövlətçilik ənənələrinə uyğun gəlmədiyi üçün müzakirəsinə belə ehtiyac duymur. 
Məlumata görə, bundan əvvəl 2016-ci ildə Rusiya Dövlət Duması tərəfindən qəbul olunmuş müvafiq qanuna əsasən, Federasiyanın yalnız bir prezidenti ola bilər. Onun subyektlərindəki ən yüksək vəzifəli şəxslər isə prezident titulundan məhrum edilməli, qubernator adlandırılmalıdırlar. Qanunun qəbulundan 5 il keçməsinə baxmayaraq, Tatarıstan Rusiya Federasiyasını meydana gətirən respublikaların suverenlik haqlarını pozduğuna görə, bu sənədə məhəl qoymaq niyyətində deyil.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam