Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyənin ordu modelinə keçid başladı – vacib məsələlər isə sürətlə həll edilir

Türkiyənin ordu modelinə keçid başladı – Ədalət Verdiyev 

Dünən açılan yeni hərbi böyük ehtimalla Azərbaycanın Quru Qoşunlarının tabeliyində olacaq. Hələ keçən ilin sonlarında cənab İlham Əliyev türk ordu modelinə keçidlə bağlı açıqlama verib. Bu hərbi hissənin də şəxsi heyətinin Türkiyədə hazırlıq keçməsi onu göstərir ki, artıq Azərbaycan Silahlı Qüvvələri ordu modelinin dəyişdirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə doğru ciddi addımlar atır.

Yenixeber.org: Bu sözləri dünən açılan hərbi hissə ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, hazırda Quru Qoşunlarının ştat strukturu ilə bağlı işlər yekunlaşmaq üzrədir:

“Quru Qoşunlarına tabe olan bir çox hərbi hissələrdə ştat strukturlarının təsdiqi prosesi başa çatıb. Sözügedən prosesə uyğun şəkildə yeni hərbi hissələrin qurulması və mövcud şəxsi heyətin hazırlanmış ştat üzrə yerləşdirilməsi işi yekun mərhələdədir”.

Ədalət Verdiyev prosesin uzunmüddətli olduğunu, bu səbəbdən sözügedən sahədə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb:

“Məsələni qısamüddətli perspektivdə dəyərləndirmək doğru deyil. Çünki şəxsi heyətin yeni ştat üzrə yerləşdirilməsinə paralel olaraq onların peşəkar hazırlığı və maddi-texniki təminatı da vacib məsələlərdəndir. Əsas olan odur ki, proseslər artıq aktiv fazadadır və yeni ordu modelinə keçid artıq başlayıb, qarşıda duran vacib məsələlər isə sürətlə həll edilir. Hesab edirəm ki, yaxın bir il ərzində sözügedən proseslər tam formada başa çatdırılacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam