Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Bayraktar TB2” Misiri qəzəbləndirdi-SƏBƏB

“Türkiyəni dayandırın” – Bu ölkə yeni hərbi müqaviləyə ETİRAZ ETDİ

Efiopiyanın Türkiyə ilə “Bayraktar TB2” dronları ilə bağlı müqavilə imzalaması qonşusu Misiri qəzəbləndirib.

Yenixeber.org: Misir ABŞ və Avropa ölkələrindən bu anlaşmanın dayandırılması üçün Efiopiyaya müdaxilə etmələrini istəyib.

“Röyters”in iddiasına görə, Qahirə diplomatik kanallar vasitəsilə bununla bağlı ABŞ və bəzi Avropa ölkələrinə müraciət ünvanlayıb.

Qarşı tərəfdən Misir hökumətinin müraciətinə hansı cavabın verildiyi bildirilməyib.

Efiopiyanın Türkiyədən “Bayraktar” alması isə digər Afrika ölkələrini də hərəkətə keçirib. Afrikada Türkiyədən dron alacaq üçüncü ölkənin Ruanda olacağı bildirilib.

Ruandanın Mozambikin Cabo Delqado bölgəsində fəaliyyət göstərən terror təşkilatları ilə mübarizədə istifadə etmək üçün 12 ədəd “Bayraktar TB2” satın almağa cəhd etdiyi iddia olunub.

Mərakeş Afrikada Türkiyədən Bayraktar alan ilk ölkədir. Nigeriyanın da “Bayraktar TB2” almaq cəhdləri barədə məlumat yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam