Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulinin İcra başçısı oğluna son model “Lexus-570” alıb – FOTOFOTO

 

             Alı Alıyev oğluna 200 minlik avtomobili hansı pulla alıb?

Yenixeber.org: Azərbaycanda məmurların dəyəri milyonlarla ölçülən villalara, obyektlərə sahib olması barədə çox yazılıb. Korrupsiya yolu ilə özlərinə var-dövlət toplayan bu cür məmurların övladları da sadə vətəndaşlardan fərqli olaraq atalarının dövlət büdcəsindən taladıqları pulların hesabına dəbdəbəli həyat tərzi sürürlər.

Əldə etdiyimiz məlumata görə dəbdəbəli həyat yaşayan məmur övladlarından biri də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin oğludur.

A.Alıyevin oğlunun sürdüyü avtomobilin dəyərinin 200 min manat olduğu deyilir.

Ərazisinin böyük hissəsi düşmən işğalından yenicə azad edilmiş, əhalisinin əksəriyyəti hələ də məcburi köçkün həyatı yaşayan Füzuli rayonunun İcra başçısının oğlunun 200 min manatlıq son model “Lexus” avtomobilini hansı pulla aldığı ciddi suallar çıxarır.

Qeyd edək ki, Alı Alıyev Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadənin yaxın kardlarından hesab edilir.

Alı Alıyev 2011-ci ildən Füzuli rayon İcra Hakimiyyətinin başçısıdır.(qlobal.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam