Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabad meşələrində misli görünməmiş terror: Muxtar Babayev hara baxır?/FOTOFAKT

 

         “Ecofront” təşkilatının fəalları Cəlilabad meşələrində kütləvi qırıntı faktlarını ifşa edib.

Yenixeber.org: Ekoaktivistlər yoxlamalar zamanı “Qırmızı kitab”a düşən ağac növlərinin də kütləvi qırılması faktlarlarına şahid olublar:

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin təkcə Cəlilabad meşəbəyliyində 225 qanunsuz kəşilmiş ağac aşkarlamışıq. Belə demək olar ki, Cəlilabad meşəbəyliyinin yiyəsi yoxdur. Kim istəyir meşədən qiymətli ağacları (Azat, Dəmirağac) rahat kəsib aparır. Meşənin elə yerləri var ki orada sadəcə Azat ağacı (“Qırmızı kitab” növü) var deyə bilərik. İndiyə qədər başqa heç bir yerdə belə hadisə ilə rastlaşmamışdıq. Çox dəyərli meşəlik ərazilərimiz hansısa ekologiya sahəsindən anlayışı olmayan məmurların qazanc mənbəyinə çevrilib.

Hardasa 3 gün ərzində aralarında çoxsu iri diametrli “Qırmızı kitab” növü olan (Azat, Dəmirağac, Şabalıdyarpaq palıd) 225 qeyri-qanuni kəsilmiş ağac qeydə almışıq. Bəzi ağaclar isə qəsdən zədələnib və qurumağa tərk edilib.

https://www.facebook.com/ecofront.az/videos/553141845894284

Meşədəki yüzillik ağaclar qeyri-qanuni olaraq kütləvi şəkildə qırılıb…”

Yerli sakinlər təşkilatın üzvlərinə bildirib ki, işlik ağaclar mebel materialı üçün kəsilib. Bazarda 1 kub metr işlik odun təqribən 400 manata satılır.

Ekoloji “terror”un görüntülərini təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam