Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İnsanlığın utanc günü: 8 dəqiqəyə 80 min can alan partlayış- FOTOLAR

 

İnsanlığın utanc günü:   8 dəqiqəyə 80 min can alan partlayış-   FOTOLAR
6 avqust dünyada nüvə silahlarından istifadənin qadağan olunduğu gündür. 1945 -ci ilin bu günü Amerika təyyarələri Yaponiyaya ilk atom bombasını atdılar. Avqustun 6-da Hiroşimaya, bir neçə gün sonra isə Naqasakiyə atom silahıyla hücum oldu.
Yenixeber.org: Hiroşimaya düşən "Little Boy" adlı bombanın gücü 12,000-15,000 ton trotila bərabər olub və 13 kvadrat kilometrlik sahəni xarabalığa çevirib. Atom bombası yerli vaxtla 8:15-də ABŞ-ın “Enola Gay” adlı B-29 təyyarəsindən atılıb. Bomba düşən nöqtənin təxminən 500 metrliyində hər şey - canlı və cansız - buxarlanmışdı.

Şəhər məhv edildi, binaların 60 faizi yerlə yeksan oldu. Partlayışdan dərhal sonra Yaponiyanın açıqladığı rəsmi rəqəmlərə əsasən, ölənlərin sayı 118,661 nəfərə çatmışdı. Qeyd edilir ki, partlayış cəmi 8 dəqiqəyə 80 min can alıb.
Ümumilikdə isə Hiroşimanın o zamankı 350 min əhalisindən 140 minin həlak olduğu bildirilir. Xeyli sayda yapon uzun müddət ağır xəstəliklərdən əziyyət çəkdi.

Yaponiyanın digər bir şəhəri, Naqasakiyə atılmış atom bombasından isə ilin sonunadək 74,000 adam həlak oldu . Hər iki şəhərdə sağ qalmağı bacaran əksər yaponlarda nüvə silahının "iz"ləri hələ də qalır...
Partlayış xəbərini elan edən ABŞ prezidenti Harri Truman qeyd etmişdi ki, atom bombası gücünə görə 2,000 adi bombaya bərabərdir .

Bəşər tarixinin ən böyük müharibə cinayətlərindən olan bu dəhşətli faciə ilə bağlı fotoları təqdim edirik:

























(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam