Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RÖVŞƏN ƏKBƏROVU QƏTLDƏN SONRA KİYEVDƏN KİMLƏR QAÇIRIB? -Şok İDDİA

General, Milli Qəhrəman Rövşən Əkbərovun həbs səbəbi kimi göstərilən qətl hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Yenixeber.org: R.Əkbərov hadisəni törətdikdən sonra vəzifəli şəxslərin köməyi ilə Kiyevdən Bakıya qaçırılıb. İddia edilir ki, bu işdə həmin vaxt Ukraynada səfir olan Nazim İbrahimovun ən yaxın adamı, Ukraynada müvəqqəti işlər vəkili Rövşən Qarabağlının müstəsna xidmətləri olub. Həmin vaxt səfiri əvəz edən Rövşən Qarabağlı adaşının Kiyevdən qaçırılmasına şəxsən rəhbərlik edib. O, Rövşən Əkbərovu səfirliyin avtomobili ilə hava limanına aparıb və diplomatik keçiddən təyyarəyə mindirib.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə şahid qismində Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov və fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də dindirilib. Onlar Elçin Əliyevi Rövşən Ələkbərovun qətlə yetirdiyini deyiblər.

Amma sözügedən şəxslər buna qədər istintaqa verdikləri ifadələrdə qətlin kim tərəfindən törədildiyindən xəbərsiz olduqlarını demişdilər.(Bakupost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam