Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qüdsi Osmanovun başı dərddə...-geri çağrılacaq

Məlum olduğu kimi, bir müddət əvvəl  Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğlunun həbs edilməsi ilə bağlı məlumat yayılmışdı 

Yenixeber.org: Bu barədə fontanka.ru portalı məlumat yayıb.
Məlumata görə, Osmanov Vyanadan Minskə gəlib və burada onu "Toyota Camry” avtomobilində şəxsi sürücüsü gözləyib. İdarənin əməkdaşları avtomobili operativ qaydada müşayiət ediblər. Rusiya ilə sərhədi keçərkən gənc iş adamı saxlanılıb və konvoy onu Sankt-Peterburqa gətirib.
İstintaqda olan məlumata görə, 27 yaşlı Emil Osmanov pul vəsaitlərinin nağdlaşdırılması sxeminin təşkilatçısıdır.
Rusiya Cinayət Məcəlləsinin 172-ci ("Qanunsuz bank fəaliyyəti”) maddəsi üzrə cinayət işi Peterburqun Tsentralnı rayonunun polis idarəsi tərəfindən 2018-ci ilin may ayında başlanıb.
 Emil Osmanov Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun oğludur.
Bizimlə müsahibəsində Q.Osmanov oğlunun tutulması barədə xəbəri təsdiq edib: "Bu mənim ilk nikahımdan olan oğlumdur. Hələlik işin təfərrüatları ilə tanış deyiləm. Çox təəssüflənirəm”.
Redaksiyamızda olan məlumata əsasən, Qüdsi Osmanov ilk ailəsi ilə əlaqələri itirib və uzun illər oğlu ilə ünsiyyət qurmayıb. Emil Osmanov problemli uşaq olub və atası onun tərbiyəsində iştirak etməyib.
Qüdsi Osmanov hazırda ikinci dəfə evlidir və ikinci evlilikdən 3 uşağı var.(virtualaz.org)
                        ***

Bu gün mediada yayılan digər məlumata görə isə Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov geri çağırılıb. 

Məlumatın doğru olub-olmadığını öyrənmək üçün səfir Q.Osmanovla əlaqə saxlamışıq.

Ojurnalistin sualına aqressiv şəkildə cavab verərək heç nədən xəbəri olmadığını bildirib: 

"işiniz-gücünüz yoxdur? Niyə öz işinizlə məşğul olmursunuz? Mənim heç nədən xəbərim yoxdur". 

XİN-in mətbuat katibi Leyla Abdullayeva isə saytımıza açıqlamasında səfir Q.Osmanovun geri çağırılmasından xəbərsiz olduğunu bildirib: "Məndə belə bir məlumat yoxdur".

Qeyd edək ki, Q.Osmanov 2016-cı ildə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.(azsiyaset.com)

                                   ***

Xatırladaq ki, Qüdsi Osmanov ən qalmaqallı diplomatlarımız sırasında yer alır... Zaman-zaman mediada yer alan yazılar da onun siyasi iflasını stimullaşdıracaq faktorlar sayıla bilər. Yenixeber.org-a daxil olan məlumata görə artıq Qüdsi Osmanovla bağlı siyasi qərar qəbul olunub... Yaxınlarda bu səfirimizin geri çağrılacağı qətiləşib.    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam