Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakının axtardığı Ara Abramyan Ermənistanı gözləyən böhrandan danışdı

Rusiya Erməniləri İttifaqının prezidenti, bu günlərdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Qarabağa qanunsuz silah təchizatını təşkil etdiyi üçün barəsində cinayət işi qaldırılan və beynəlxalq axtarışa verilən milyarder Ara Abrayan Ermənistanı bu seçkilərdən sonra “daha böyük böhranın gözlədiyi” haqda xəbərdarlıq edib.

Yenixeber.org: Ara Abramyan növbədənkənar seçkilərin “ola bilsin seçki məntəqələrinə gələn insanların iradəsini qeydə aldığını” etiraf edib, amma nəticələrin erməni cəmiyyətinin əhvalını və istəklərini ifadə etmədiyini bildirib.

Ara Abramyan özü bu yaxınlarda “Evimiz-Ermənistan” partiyasını təsis edərək siyasətə qatılıb. O, “yalana və saxtakarlığa” əsaslana təbliğat kampaniyasının məntiqi sonluğuna çatdığını deyir. Bildirir ki, çoxsaylı pozuntular qeydə alınıb.

“Təəsüf ki, bizim tərəfimizdən 2018-ci ildə verilmiş proqnoz özünü doğrultdu, indi isə biz görürük ki, mütləq hakimiyyətə malik olan və yenidən yaranan bu siyasi qüvvə xalqın və ölkənin maraqlarından irəli gələn hər hansı vəzifənin öhdəsindən gəlmək iqtidarında olmayacaq. Siyasi texnologiyaların köməyi ilə yenidən insanların inamından və sadəlövhlüyündən sui-istifadə edildi”,-o deyib.

Ara Abramyan bildirib ki, bir müddət sonra ölkə yeni acı həqiqətlə qarşılaşacaq və daha böyük böhranın şahidi olacaq. Siyasi, iqtisadi, sosial problemlər daha da dərinləşəcək. “Ermənistanı ciddi daxili və geosiyasi sınaqlar gözləyir”,-Kremlə yaxın erməni oliqarx xəbərdarlıq edib.

 

Ara Abramyanın Ermənistanı daha betər günlərin gözlədiyi barədə xəbərdarlıq etdiyi bir vaxtda Paşinyan xarici ölkə liderlərindən ilk təbriki alıb. Gürcüstan baş naziri İrakli Qaribaşvili onu qələbə münasibətilə təbrik edən ilk xarici ölkə başçısı olub. Qaribvaşvili özünün Tvitter səhifəsində Nikol Paşinyanı seçkilərdə əldə etdiyi qələbə və seçkilərin “uğurlu təşkilinə” görə təbrik edib.

“Uğurlar arzu edirəm və yeni hökumətlə sıx əməkdaşlığa ümid edirəm”,-Qaribaşvili bildirib. (virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam