Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

G7 sammiti öz işinə başlayıb-Britaniyada

 

Britaniyada G7 sammiti öz işinə başlayıb

Görüşə başlamazdan əvvəl liderlər ənənəvi rəsmi foto çəkdirib 

Yenixeber.org: Böyük yeddilər (G7) qrupunun sammiti İngiltərənin Kornuoll yarımadasının Atlantik sahilində Karbis-Bey şəhərində açılıb.

 Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya liderlərinin, həmçinin Avropa İttifaqının rəhbərlərinin iştirak etdikləri ilk sessiya koronavirus pandemiyasından sonra dünyanın bərpasına həsr olunub.

 

Son iki il ərzində ilk əyani görüş G7-də Britaniyanın sədrliyi ilə “Build Back Better” (“Olduğundan daha yaxşı bərpa etmək”) şüarı altında bağlı qapılar arxasında keçirilir.

 

Yüksək səviyyəli görüşə başlamazdan əvvəl liderlər ənənəvi rəsmi foto çəkdirib.

 

Birinci iş sessiyası başa çatdıqdan sonra G7 liderləri sammitin keçirildiyi yerdən 70 kilometr aralıqda yerləşən “Eden” botanika bağına yollanacaqlar. Burada axşam onlar üçün Böyük Britaniya Kraliçası II Elizabetin adından ziyafət veriləcək. Rəsmi şam yeməyində 95 yaşlı Kraliça ilə yanaşı, onun oğlu - Uels şahzadəsi Çarlz həyat yoldaşı Kamilla ilə, həmçinin Kembric hersoqu Uilyam və hersoqinya Keyt iştirak edəcəklər.

Sammit iyunun 13-dək davam edəcək.(TASS)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam