Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Makron israilli polisləri Qüdsdəki məbəddən qovdu -VİDEO

 

Holokost Qurbanlarının Beynəlxalq Anma Forumunda iştirak etmək üçün İsraildə səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Qüdsdə İsrail təhlükəsizlik qüvvələrinin əməkdaşlarını məbəddən qovub.

Yenixeber.org:  İnsident Qüdsdəki Əski şəhərdə Osmanlı sultanının Fransa imperatoru III Napoleona 1856-cı ildə hədiyyə etdiyi, Fransa səfirliyinin nəzarət etdiyi Müqəddəs Anna kilsəsində baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə mühafizəçilərinin və İsrail təhlükəsizlik qüvvələrinin yanında olan Makronun məbədin girişində gərgin şəkildə çıxış etdiyi görünür.

 

"Biz bütün qaydaları çox yaxşı bilirik. Bağışlayın, amma siz də qaydaları bilirsiniz. Qarşımda etdiyiniz hərəkət xoşuma gəlmir. Heç kim heç kimi təhrik etməməlidir. Şəhərdə çox yaxşı bir iş görmüsünüz, bunu yüksək qiymətləndirirəm, dostlar. Əsrlər boyu mövcud olan qaydalara əməl edilməlidir. Bunlar gəlişimdən bəri dəyişməyib. Sizin burada olmağınız xoşuma gəlmir", -deyə Makron səsini yüksəldərək ingilis dilində israillilərə müraciət edib.

"Röyters" yazır ki, Fransa İsrailin 1967-ci ildə Yaxın Şərq müharibəsi zamanı işğal etdiyi və ilhaq etdiyi Qüdsün ərazisindəki məbədə israil polisinin daxil olmasını təxribat sayır.

Qeyd edək ki, analoji hadisə illər öncə də qeydə alınıb. 1996-cı ildə keçmiş Prezident Jak Şirak da həmin kilsədə İsrail təhlükəsizlik agentlərinin olmasına hirslənərək dərhal təyyarəyə dönəcəyini bildirmiş, agentlər kilsəni tərk edənə qədər kilsəyə daxil olmaqdan imtina etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam