Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

“Tramp ABŞ dövlət katibi Pompeonun əvəz olunmasını nəzərdən keçirir” – KİV

ABŞ prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə bir neçə rəsmi şəxsin namizədliyini nəzərdən keçirir.

Yenixeber.org: Qeyd edilir ki, buna səbəb ABŞ-ın xarici siyasət idarəsinin hazırkı rəhbəri Maykl Pompeonun Kanzas ştatından Senata seçkilərdə iştiraka qərar verə bilməsi haqqında mövcud olan ehtimallardır.

Vaşinqtonda Pompeonun növbəti il Senata namizəd olacağı barədə şayiələr çoxdan mövcuddur. ABŞ dövlət katibinin özü bu xəbərləri təkzib edib. Ancaq “The Washington Post”un məlumatına görə, dövlət katibinin ətrafındakılar iddia edirlər ki, o, bu məsələdə qəti qərar qəbul etməyib. Üstəlik, vaxta hələ var: namizədlərin qeydiyyatı yalnız növbəti ilin iyununda qurtaracaq.

Nəşrin məlumatına görə, Pompeonun mümkün varisləri kimi tez-tez ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O Brayenin, həmçinin maliyyə naziri Stiven Mnuçinin adları hallandırılır.

Bundan başqa, yeni dövlət katibi kimi ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellin və digər şəxslərin də namizədliyi qeyd edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam