Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Donald Trampın keçmiş müşavirinə - “Twitter”, “Facebook” və “Instagram”dan istifadə etmək ...

ABŞ federal məhkəməsi prezident Donald Trampın keçmiş müşaviri Rocer Stouna Twitter, Facebook və Instagram kimi sosial şəbəkələrdən istifadə etməyi yasaqlayıb.

Yenixeber.org:  Buna əsas səbəb istintaqın xəbərdarlıqlarına rəğmən R.Stounun ona yönəlik ittihamların hər bir aspektini ictimaiyyət önündə müzakirəyə açması olub.

“The Wall Street Journal” qəzetinin xəbərinə əsaəsn, dairə məhkəməsinin hakimi Emi Berman Cekson keçmiş müşavirin məhkəmə prosesinə qədər istintaq təcridxanasına göndərilməməklə bağlı şərtləri pozduğu qənaətinə gəlib. Hakim təqsirləndirilən şəxsi girov müqabilində azad etmək qərarını dəyişməsə də, gələcəkdə bu halı da istisna etməyib.

Qeyd olunur ki, Donald Trampın keçmiş müşaviri “İnstagram”dakı şəxsi hesabında hakim Ceksonu nişangah hədəfi fonunda məhkəmədə ifadə verdiyi şəkli nümayiş etdirdiyi üçün belə bir cəzaya məruz qalıb.

ÐаÑÑинки по запÑоÑÑ roger stone amy berman jackson

CNN telekanalına müsahibəsində R. Stoun bütün günahı “könüllü köməkçisi”nin üzərinə yıxaraq məhkəmə qarşısında üzr istəyib.

Rocer Stouna yönəlik əsas ittiham isə Donald Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin araşdırması ilə bağlıdır. İttiham tərəfi prezdentin yaxın ətrafında yer alan keçmiş müşaviri rusiyalı hakerlərin oğurladıqları və WikiLeaks təşkilatı tərəfindən yayılan materialları almaq cəhdində ittiham edir. Həmin materillar Donald Trampın seçkilərdəki əsas rəqibi Hillari Klintonun əleyhinə kompromatları özünə birləşdiribmiş.

Rocer Stounun buna görə bu ilin yanvarın 25-də Florida ştatının Ford-Loderdeyl şəhərində həbs edilib. Ona xarici pasportu təhvil vermək və məhkəmə prosesi başa çatana qədər ABŞ ərazisini tərk etmək qadağan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam