Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“The New York Times”:"Tramp Rusiya üzrə müşavrini işdən çıxaracaq"

ABŞ Prezidenti Donald Tramp Administrasiyasında Milli Təhlükəsizlik Şurasının Rusiya və Avropa üzrə müşaviri Fiona Hill avqustun sonunda vəzifəsindən ayrılacaq.

Yenixeber.org:  Bu barədə “The New York Times” qəzetinin jurnalisti Piter Beyker “Twitter” səhifəsində yazıb.

“Hill ABŞ və Rusiya arasındakı əlaqələrdə fırtınalı dövrdən keçib və işini gələn həftə G20 sammiti çərçivəsində Osakada Tramp və Putin arasında keçirilməsi gözlənilən görüşün ardından tamamlayacaq”, – P.Beyker yazıb.

O əlavə edib ki, F.Hill postundan rəsmən avqustun sonunda ayrılacaq.

Onun sözlərinə görə, F.Hilli ötən il kütləvi qırğın silahları və bioloji müdafiə üzrə müşavir kimi Milli Təhlükəsizlik Şurasına qoşulan Tim Morrison əvəz edəcək.

“Tramp silahlanma üzərində nəzarət, o cümlədən mövcud olmayan orta və qısamənzilli raketlərin ləğvinə dair sazişin (İntermediate-Range Nuclear Forces Treaty) əvəzinə yaradıla biləcək ABŞ-Rusiya-Çin sazişi barədə daha çox danışmaq üçün Rusiya ilə münasibətləri dəyişdirəcəyinə ümid edir”, – amerikalı jurnalist yazıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam