Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Financial Times: Türkiyə Suriyanı Rusiyaya güzəştə gedir

Moskva ilə münasibətlərinin yumşalması fonunda Ankara Suriyadakı kürd qüvvələri ilə qarşıdurmada bir sıra güzəştlərə gedəcək.

Xeberinfo.com:   Bunu Suriya müxalifətinin rəhbərliyindəki mənbələrə istinadən nüfuzlu “Financial Times” nəşri yazıb.

Mənbənin sözlərinə görə, Ankara ilə Moskvanın yaxınlaşmasından ən böyük zərbə Türkiyənin dəstəklədiyi radikal islamçı qüvvələrə dəyəcək. “Güzəştlər kürd və üsyançı qüvvələrlə bağlı olacaq. Lakin türklər öz mövqelərindən tamamilə əl çəkməyəcəklər – bu onların strateji maraqlarına cavab vermir”, - “Fastakim Kama Umirt” üsyançı qrupunun lideri İzzəddin ək-Salame belə deyib.

Bununla yanaşı, FT-nin mənbələrinin bildirdiklərinə əsasən, Moskvaya üzrxahlıq məktubunu yollamazdan bir həftə əvvəl Rəcəb Tayyib Ərdoğan suriyalı müxalif qüvvələrlə Moskva təmsilçilərinin görüşünü təşkil edib. Diplomatik mənbələrə görə isə, bundan başqa, Türkiyə Əlcəzair vasitəsilə Suriya rəhbərliyi ilə kürd məsələsini müzakirə edib.

Türkiyə hakimiyyəti bu yaxınlarda kəşfiyyatın Suriya istiqamətinə cavabdeh şəxsini vəzifəsindən uzaqlaşdırıb ki, bu da Bəşər Əsəd rejimi ilə bağlı sərt mövqedən uzaqlaşmağa və hətta Dəməşq rejimi ilə sövdələşmənin mümkünlüyünə işarədir.

“Hər kəs indi öz mövqeyini yenidən gözdən keçirir, çünki hamımız bilirik ki, Suriya üzrə sülh sazişi olmayacaq”, - FT-yə bunu bildirən Rusiyaya yaxın Suriya diplomatı qeyd edib ki, 1 avqust tarixinə kimi ABŞ-la Rusiya arasında sülh sazişinin razılaşdırılması mümkünsüz görünür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam