Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

"Ermənistan Qarabağın işğalına son qoymalıdır”

“Ermənistan işğal elədiyi Azərbaycan torpaqalarını azad eləməlidir”.

Xeberinfo.com:  Musavat.com-un məlumatına görə, bu barədə Avropa Parlamentinin spikeri Martin Şults Dünya Azərbaycanlıları Assambleyasının apreldəki hərbi toqquşmalarla bağlı müraciəti ilə bağlı cavab məktubunda yazıb. Avropalı siyasətçinin məktubu Assambleyanın təşəbbüs qrupunun rəhbəri Rəşid Quliyevə ünvanlanıb.

“Aprel hadisələri zamanı mən atəşkəsin pozulması ilə bağlı tərəflərə öz narahatlığımı bildirmişəm. Aprelin 12-də təcili şəkildə Avroparlamentin plenar iclasının gündəliyinə ali komissar, vitse-prezident Federike Moqeriniyə məsələ ilə bağlı debat keçirməsi üçün icazə məsələsi daxil edilib” – cavab məktubunda qeyd olunur.

“Baş verənlər təəssüf ki, status-kvonun saxlanmasının qəbuledilməz olduğunu sübut edir. Bu status-kvo hərbi əməliyyatların bərpası riskini artırır. Ermənistan işğal elədiyi əraziləri, o cümlədən Dağlıq Qarabağa bitişik rayonları azad eləməli, qaçqınlar da beynəlxalq təhlükəsizlik qarantı altında ora qayıtmalıdırlar” – spiker qeyd edib.

“Şimal-Cənub” Politoloji Mərkəzin aparıcı eksperti Aleksandr Kravayev hesab edir ki, Avropa Parlamentinin bu addımı beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllində bəyanatlardan praktik addımlara keçməkdə maraqlı olduğunu göstərir. “”Avropa Birliyinin bu prosesə fəal şəkildə qoşulmasını yalnız alqışlamaq olar”, - deyə o qeyd edib.

“Əvvəllər Avropa strukturları daha çox ictimai diplomatiya platformasında dururdular. Əlbəttə ki, rəsmi diplomatik fəallıq da var idi. Ancaq Avropa Birliyi daha çox görüşlər üçün danışıqlar meydançası qismində idi. Amma hələ ki, konfliktin mənzərəsini radikal şəkildə dəyişə biləcək hansısa yeni nizamlama mexanizmləri gözə dəymir. Ancaq həmsədrlərin bütün səviyyələrdə vahid mövqedən çıxış etməsi də kifayət edərdi. Avropa Birliyi bilavasitə Minsk Qrupunda təmsil olunmayıb. Bununla belə, Avrokomissiya Avropa Parlamenti kimi ümumən Cənubi Qafqazda mühüm oyunçudur. Əgər Avropa diplomatiyasının bütün ayrı-ayrı seqmentləri, o cümlədən Rusiya və ABŞ diplomatiyası eyni stildə salışsa, bu, sözsüz ki, nizamlama prosesində pozitiv şəkildə özünü göstərəcək ” – analitik əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam