Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərəb Liqası Suriya ilə bağlı razılığa gələ bilmədi

 Körfəz ölkələri, Misir, İordaniya və İraqın xarici işlər nazirləri Səudiyyə Ərəbistanının Ciddə şəhərində Suriya ilə bağlı məsləhətləşmələr aparıblar.  

Yenixeber.org: Bu barədə SPA agentliyi məlumat yayıb. 

Nazirlər Suriyadakı humanitar böhranın həllinin və humanitar yardımın bütün bölgələrə çatdırılması üçün şərait yaradılmasının vacibliyini bir daha təsdiqləyiblər. 

Nazirlər qaçqınların öz yaşayış yerlərinə qaytarılmasının və ölkədə vəziyyətin sabitləşməsi üçün tədbirlərin görülməsinin vacibliyini bəyan ediblər. 

Ancaq yekun bəyanatda Suriyanın Ərəb Dövlətləri Liqasına qayıtmasından bəhs edilmir. 

Qeyd edək ki, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası Suriyanın Ərəb Liqasına qaytarılmasının mümkünlüyü ilə bağlı mövqeni razılaşdırmaq üçün Ciddədə ixlas keçirib. Ərəb Liqasının sammiti mayın 19-da Ər-Riyadda keçiriləcək. "Reuters" bildirir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud Suriya prezidenti Bəşər Əsədi sammitə dəvət etməyi planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam