Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ordumuz 100 il əvvəl –FOTOLAR

Ordumuz 100 il əvvəl – FOTOLAR
Yenixeber.org: Əslində Azərbaycan hərbiyyəsinin tarixi çox-çox qədimlərə gedib çıxır. Azərbaycan əsgərləri lap qədim dövrlərdən cəsur döyüşçülər kimi tanınıblar. Tarixən Azərbaycan əsgəri regionda güclü dövlətlər quran, geosiyasi vəziyyəti dəyişən bir qüvvə olub.




1918-ci ilin iyun ayında Azərbaycan Demokratik Respublikasının ilk ordusu yaradılan kimi dərhal bir neçə uğurlu əməliyyat keçirildi. İyun-avqust aylarında Gəncədə qiyam qaldırmaq istəyən ermənilər tərksilah edildilər; Qaraməryəm,KürdəmirAğsuŞamaxıSalyan döyüşlərində yenicə yaradılmış ordumuz Cümhuriyyətə qarşı döyüşən düşmən qüvvələri üzərində qələbələr qazandı.





Azərbaycan Ordusuna Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Vəkilov, Süleyman bəy Əfəndiyev, Cavad bəy Şıxlınski, Feyzulla Mirzə Qacar kimi cəsur, peşəkar və vətənpərvər generallar rəhbərlik edirdilər. Onlardan bəzilərinin şöhrəti Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.





1918-ci il, dekabrın 25-də Səməd bəy Mehmandarov xalqa müraciətlə deyir: “Qoşun düzəltməyi öz öhdəmə götürmüşəm və istər kasıb, istər dövlətli olsun, cəmi vətəndaşları əsgərliyə çağırıram. Hər kəs ki, bir dövlətli uşağını azad etsə, böyük cəzaya düçar olacaqdır. Əsgərlər yaxşı geyinəcəklər və yeməklərinin də yaxşı olmasına mən çox çalışıram”.





1919-cu ilin sentyabrında general Həbib bəy Səlimovun başçılığı ilə keçirilənLənkəran əməliyyatı zamanı dövlətə tabe olmaq istəməyən qiyamçı dəstələr zərərsizləşdirildi, ölkənin ərazi bütövlüyünə yaranmış təhlükə aradan qaldırıldı.





Azərbaycan Ordusunun ən böyük əməliyyatı 1920-ci ilin mart-aprel aylarında həyata keçirilmiş Qarabağ hərəkatıdır. Ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün Novruz bayramı ərəfəsində başladıqları təxribat və hücumları əsl müharibəyə çevirirlər. Amma Azərbaycan ordusu iki ayı ərzində onlara qalib gəlir və Qarabağı xilas edir. 





Həmin vaxt Əsgəran qalasının müdafiəsinə rəhbərlik edən general Cavad bəy Şıxlınski Bakıya, baş nazirə göndərdiyi teleqramda “Ya başımızı verəcəyik, ya da Əsgəranı qoruyacağıq!” yazmış və sözünə əməl edərək, Əsgəranı qorumuşdu.











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam