Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Xəzər Xəbər"in xəbəri saxta çıxdı-VİDEO

 

“Xəzər Xəbər” saxta xəbər çəkdi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Xəzər Xəbər”-in dünən günorta saatlarında yayımlanan xəbərlərində saxta xəbər olduğu iddia edilir.

Yenixeber.org xəbər verir ki, öncə yoldakı tıxaclardan və sürücülərin tıxac zamanı hövsələsizliyindən danışılıb. Daha sonra tıxac zamanı nümunəvi davranış kimi Yusif Səfərov Küçəsi ilə  Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsindəki tıxacda sürücülərin təəccili yardım maşınına yol verdiyini göstərən süjet təqdim olunub. Görüntülərə diqqətlə baxsaq görərik ki, əvvəldə təsvir olunan tıxac mənzərəsi daha realdır və müxtəlif markalı avtomobillərdən ibarət sıxlıqdır. Lakin adıçəkilən küçələrin kəsişdiyi yoldakı tıxacı “HUNDAİ TIXACI” adlandırsaq yəqin ki yanılmarıq.

Bu yolda “təsadüfən” bütün avtomobillər “Hundai” markalıdır və yoldakı boşluqlar tıxac yaratmayacaq qədər normaldır. Bir az da diqqətlə baxsaq irəlidə yolun açıq olduğunu və kiminsə avtomobilləri yönləndirdiyini görə bilərik. Nəzərinizə çatdıraq ki, günün istənilən saatlarında Yusif Səfərəliyev küçəki ilə Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsindəki yolda tıxaclara rast gəlinməyib.

Bütün bu şübhəli məqamlardan sonra hər kəsdə bir sual yaranır: Bu xəbərdə məqsəd nədir?

İlk baxışda “Hundai” avtomobillərinin rekalmı xatırladan xəbəri sürücüləri tıxac vaxtı mədəni davranışa dəvət edən maarifləndirici sujet də adlandıra bilərik. Ancaq hər iki halda bu xəbər yanlış informasiya yükü daşıyır və  bu xəbəri yayımlayan kanal izləyicilərini aldatmış sayılır.

A24.az sözügedən süjeti təqdim edir:

Fərid Orucov; Pərvin Abgül


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam