Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? - 3 milyonluq kredit mübahisəsi... -SƏBƏB

"Tovuz Baltiya" MMC-nin sahibi Naiq Məmmədhəsənovla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi arasında qalmaqal yaşanır. 
Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, Naiq Məmmədhəsənov sözügedən Mərkəzin verdiyi rəylə razılaşmır. Bu baxımdan, qurumu məhkəməyə verib. 
Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Orxan Həsənov iş üzrə hakim təyin edilib. 
İşin detallarına gəlincə, Naiq Məmmədhəsənovun bir neçə bankla problemli var. Xüsusilə, ləğv prosesində olan "Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə iş adamı arasında bir müddətdir ki, kredit müqaviləsinə dair qalmaqal yaşanır. İş adamı kredit borcunu bağlasa da, girovun azad edilməsi baş tutmayıb. 
Bu barədə mediada "Tovuz Baltiya” MMC-nin direktoru Rafik Tağıyevin müraciətləri dərc edilib. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər məhkəmə tərəfindən qəbul edilməyib. 
Əldə etdiyimiz məlumata görə, sonradan Mərkəz əvvəlki rəylərinin əksinə rəy verib. Bu isə iş adamının məhkəməyə müraciət etməsinə səbəb olub. 
Məlumat üçün deyək ki, iş adamı "Zaminbank” ASC-dən 3 milyon manat kredit götürüb.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam