Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ŞÖBƏ MÜDİRİ RÜŞVƏTİ BELƏ ALIRMIŞ... - Danışıqları açıqlandı

Rüşvət almaqda ittiham olunan "Salyan rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasovun məhkəmə prosesi başa çatıb.

Yenixeber.org: Məlumata görə, X.Abbasov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və 2 il sınaq müddəti təyin edilib.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Xanış Abbasov ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina edib.

Məlum olub ki, şöbə müdiri əlillik dərəcəsinin təyin edilməsi üçün xəstəxanada stasionar qaydada müalicə olunmadıqları halda, Namiq Quliyev və qardaşı Zamiq Quliyevə (ad və soyadlar şərtidir) epikriz verilməsinə görə onların hərəsindən 500 manat rüşvət istəyib və qurumun inzibati binasından qardaşlardan ümumilikdə 1000 manat alıb.

Maraqlıdır ki, qardaşlardan biri rüşvət verməzdən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə hüquq-mühafizə orqanı tərəfindən onun üzərinə xüsusi videoqeydiyyat funksiyalarına malik qurğu quraşdırılıb, eyni zamanda ona 10 ədəd nömrələnmiş 100 manatlıq əskinas verilib.

Daha sonra qardaşlardan biri təkbaşına xəstəxanaya gedərək Xanış Abbasovun xidməti otağına daxil olub və əməliyyatçıların verdiyi 10 ədəd 100 manatlıq əskinasları şöbə müdirinə təqdim edib.

Qeydə alınan videoda xəstə ilə həkim arasında yaşanan dialoq belə olub:

- Salam, bayramınız mübarək. Necəsiz? Nə var, nə yox?

- Salam.

- 3 aydan sonra götürdüm gəldim, sonra bir problem yaşamayacam ki?

- Gəldin, yox demədim...

- Allah köməyiniz olsun, biz iki qardaşımızın sənədini demişik.

- Keçən dəfə danışdıq da. Sən dedin, mən də razılaşdım.

- Gəl, ikisinin başını 900-lə bağlayaq.

- Gücüm çatmaz, mən ora nəsə verməsəm, saxlaya bilmərəm.

- Sən Allah, 1000-dir 1000 üstümdə olmağına...

- Danışdıq da, sənə bir söz demirəm ki, mən cibimə qoyub aparmıram ki, Ordan da mənə 100 manat ... hə-hə, yox-yox...

Bundan sonra sənədlərinin bu üsulla düzəlməsini istəyən şəxs min manatı şöbə müdirinə təqdim edib:

- Allah ömür versin, minnətdaram, qardaş, onu elə işləyin ki...

Şöbə müdiri: 

- Qardaş, ayıb söhbətdir

- Hə də, göydə Allah, yerdə siz...

- Sağ ol!

Qeyd edək ki, X.Abbasovun əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin avqustunda ifşa olunub. Onun yaşı və səhhəti nəzərə alınmaqla barəsində polisin nəzarətinə vermə növündə qətimkan tədbiri seçilmişdi.//Qafqazinfo//


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam