Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dərman idxalında ƏL DƏYİŞDİ, bu dərmanlar yoxa çıxdı -ARAŞDIRMA

 

Xeyli müddətdir ki, ürək xəstəliklərinin müalicəsində istifadə olunan “Varfarin” apteklərdən yoxa çıxıb. Preparatın həm apteklərdən, həm də depodan qəhətə çıxması bu dərmandan mütəmadi istifadə edən xəstələrin ciddi narahatlığına səbəb olub. Dediklərinə görə əvəzedicilər sözügedən preparatın bənzər effektini vermir.

Yenixeber.org: Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Analitik Ekspertiza Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mətin Məcidli bildirib ki, “Varfarin” son dəfə Azərbaycana bu ilin mart ayında idxal olunub. Ölkəyə 6530 qutu, əlavə olaraq həmin ay daha 1020 qutu “Varfarin” gətirilib. Ondan sonra idxal dayandırılıb.

Maraqlıdır, 8 aydır ölkəyə “Varfarin”nin idxalı niyə dayandırılıb?

“Varfarin” istehsalçı şirkətinin Azərbaycan nümayəndəliyinin rəsmisi Nurlana Qafarova saytımıza açıqlamasında səbəbi belə izah edib:

“”Varfarin” preparatının qeydiyyat vəsiqəsinin sahibi dəyişmişdi. Ölkəyə gələnlər köhnə partiyadan idi. Son aylar bu sənədlərin verilməsində yubanmalar var. Yalnız təsdiq olunmuş sənədləri alandan sonra dərman istehsala gedə bilər. Onu da deyim ki, təsdiq olunmuş sənədləri alandan sonra dərman dərhal istehsala gedə bilməz. Əvvəlcədən hazırlıq prosesi başlamalıdır və buna vaxt lazımdır. Biz özümüz də çox narahatıq və əlimizdən gələni edirdik ki, anbarda olan malları nümayəndəliklər arasında bölüşdürək. Sənədlər dəyişdirilib deyə, yeni sənədlər üzərində istehsal etməliyik. Ona da vaxt lazımdır. Gələn ilə yüz faiz olmalıdır”.

Nurlana Qafarova dərmanın istehsalçı ölkəsinin dəyişmədiyini vurğulayb:

“Hazırda dərmanın istehsalçı ölkəsi Polşadır və şirkət dəyişməyib. Sadəcə olaraq yeni sənədlər alınıb və o istiqamətdə istehsala başlanmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam