Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşada yaşayış binalarını tikən iş adamları kimdir? -56 milyon alıblar...


Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi “Archico” MMC (VÖEN-1501701551) olub.
Yenixeber.org: İdarə şirkətə Şuşa şəhərində salınacaq Cənub yaşayış zonasının inşasına görə 41 milyon manata yaxın vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, hər biri 3-5 mərtəbəli olacaq 15 yaşayış binası inşa olunacaq.
Onu da qeyd edək ki, daha əvvəl Şuşada 8 yaşayış binasının inşası üzrə keçirilən tender müsabiqəsində "Conco" QSC (VÖEN – 1403054601) qalib olub və  Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi bu şirkətə 15 milyon manat  ödəyəcək.
Şuşa şəhərində yaşayış binaları inşa edəcək “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Musa Məhəmməd  oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 758"də yerləşir.
2 min manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi isə Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3"də yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam