Redaktor seçimi
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Günün xəbəri

“Ermənistan suriyalı köçkün erməniləri öz oyunlarına alət edib” -Deputat

 

      Deputat Qənirə Paşayeva bu gün AŞPA-da çıxış edərək Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz işğalçılıq oyunlarına alət edərək işğal etdiyi Azərbaycan torpaqlarına yerləşdirdiyini deyib və bunun beynəlxalq hüquq və təşkilat qətnamələrinə zidd olduğunu söyləyərək AŞPA-nı buna səssiz qalmamağa çağırıb.

 

      Yenixeber.org:   Məlumata görə, deputat Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacib olduğunu deyib. “Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Amma Ermənistan Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edirlər. Onları Ermənistana deyil, işğal etdikləri Azəərbaycan torpaqlarına yerləşdirirlər.

 

 

Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişəin həllinə də mənfi təsir göstərən bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam