Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ ordusunun yüksək rütbəli 8 zabiti ittiham olunur:Hərbi sirləri satmaqda

ABŞ ordusunun yüksək rütbəli 8 zabiti rüşvət müqabilində hərbi sirləri yaymaqda ittiham olunur.

Yenixeber.org:  Bu barədə “Washington Post” ABŞ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, zabitlərə bu məlumatların müqabilində bahalı hədiyyələr (saat, siqar, içki) verilib, əyləncə məclisləri təşkil edilib.

Belə məclislərdən birində zabitlərə 50 min dollarlıq şərab alınıb.

Araşdırma zamanı üzə çıxıb ki, hərbçilər məlumatları Sinqapurun “Glenn Defence Marine Asia” şirkətinin rəhbəri, biznesmen Leonard Qlen Frensisə ötürüblər.

Adıçəkilən şirkət ABŞ gəmilərinin sahil xidmətini təmin edir.

Əldə etdiyi məlumatların köməyi ilə Frensis ABŞ Hərbi-Dəniz Qüvvələri ilə on milyonlarla dollarlıq razılaşmalara nail olurmuş.

İttiham olunanlar arasında Hərbi-Dəniz Qüvvələrində kəşfiyyat xidmətinin əməkdaşı, kontr-admiral Bryus Lavless, bir neçə kapitan və polkovniklər var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam