Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ERMƏNİ TƏXRİBATÇININ "ARTİSTLİYİ"... -Ağlayır, şivən qoparır, bizi vahiməyə salmaq istəyir + VİDEO

Bu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni. İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.

Yenixeber.org: Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.

Bir az təcrübəsiz və təlaşa meylli adamlar, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.

Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb.

Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. "Artist"in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.

Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.

Müharibədir, Allah iraq eləsin, qara xəbər olanda özümüz yarım saat tez, yarım saat gec, xəbər verəcəyik. Ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.

Düşmən gözünüzün önündədir və o, bur cür "artistlikləri" yaxşı bacarır.(musavat.com) 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam