Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İran səhvən öz gəmisini vurdu - 40 nəfər öldü

İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Konarak” gəmisi təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulub.

 

Yenixeber.org: Bunu “Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari “Twitter” səhifəsində yazıb:

“Deyilənlərə görə, “Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan “Konarak” gəmisinə dəyib”.

 

Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.

Digər bir jurnalist Həmid Hacipur isə öz “Twitter” səhifəsində yazıb ki: “Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsi tapılıb”.

Hələlik rəsmi xəbər saytları bununla bağlı xəbər verməyiblər (apa).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam