Redaktor seçimi
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Günün xəbəri

Rusiya ilk kəs türk hərbçilərinin Suriya təyyarəsini vurmasına sevindi: Şoka salacaq səbəb...

Rusiya mediası bu gün Suriya səmasında daha bir Suriya təyyarəsinin  vurulması haqqında məlumat yayıb.

Yenixeber.org: Məlumatda türk əsgərlərinə hücumlardan sonra Türkiyənin Suriyada hərbi əməliyyatları genişləndirdiyi, Əsəd ordusunun mövqelərinə güclü zərbələr endiridiyi qeyd olunub.

 

Bundan öncə, türk ordusunun Suriyada iki Su-24 təyyarəsini vurması faktını heç cür qəbul etmək istəməyən, bunun dezinformasiya olması ilə bağlı əsassız xəbərlər yayan Rusiya, bu kəs Əsəd ordusuna məxsus təyyarənin vurulmasına tamam fərqli reaksiya verib. Daha doğrusu, təyyarənin türk hərbçiləri tərəfindən vurulması faktı nəinki təkzib olunmayıb, əksinə, bundan qəribə sevinc və məmnunluq hissi ilə bəhs edilib. Buna səbəb isə vurulan təyyarənin Rusiya deyil, Çexoslavakiya istehsalı olması ilə bağlıdır.

 

Görünən odur ki, Su-24 təyyarələrinin türk əsgərləri tərəfindən vurulması faktından ciddi narahatlıq keçirən, bu hadisənin rus döyüş təyyarələrinin dünyadakı nüfuzuna, eləcə də silah ticarətinə mənfi mənada təsir göstərəcəyindən ehtiyatlanan Rusiya, bu dəfə başqa dövlətə məxsus təyyarənin vurulmasında təsəlli axtarmaqdadır.

 

Xatırladaq ki, Suriya səmasında Rusiya istehsalı olan təyyarələrin vurulmasından sonra Kreml bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməyə qərar verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam