Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranın bir çox kənd və şəhəri boşaldılır –400 min əhali çətin vəziyyətə düşüb

İran hakimiyyəti ölkənin cənub-qərbində daşqınlardan ziyan görmüş daha çox şəhər və kəndin boşaldılması göstərişi verib.

Yenixeber.org: Azadlıq radiosu bildirir ki, martın 19-dan yağan leysan yağışlar İranın 31 vilayətindən 26-da daşqınlara səbəb olub. Azı 70 nəfərin həlak olduğu bildirilir. Neft çıxarılan Xuzestan vilayəti daşqınlardan daha çox ziyan görüb.

Vilayət valisi Qulamrza Şəriəti aprelin 6-da IRNA xəbər agentliyinə deyib ki, altı şəhər “mümkün qədər tez boşaldılmalıdır”, çünki hökumət daşmaq üzrə olan böyük bəndlərdən suyu buraxmağa hazırlaşır. Shariati xilasedicilərin sakinləri yaxınlıqdakı sığınacaqlara, ordu kazarmalarına apardığını söyləyib.

İran mediası Əhvaz şəhəri yaxınlığında yerləşən Hamidiehdən 2 mindən artıq sakinin ordu kazarmalarına köçürüldüyünü bildirir. İranın Daxili işlər naziri Əbdülrza Rəhmani Fazli xəbərdarlıq edib ki, fövqəladə vəziyyət elan olunmuş Xuzestandan 400 minədək adam daşqının təsirinə məruz qala bilər. Bu, son on ilin ən ağır daşqınları sayılır. Qəzəbli sakinlər hökumətin böhrana adekvat reaksiya vermədiyini deyərək etirazlara çıxıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam