Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
Yenixeberorg.com: Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.
39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.










AZ
RU