Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

İndoneziya səfiri Sumqayıtda əməkdaşlıq məsələlərini müzakirə edib-FOTO

İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi Sumqayıt ilə əməkdaşlıq imkanlarını müzakirə edib.

Yenixeberorg.com-un məlumatına görə, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov qonağa şəhərin tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə şəhərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Bildirilib ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi kimi regionun iqtisadi inkişafında mühüm rol oynayır.

B.Helmi Azərbaycan ilə İndoneziya arasında iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirib, bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

Səfir Sumqayıtın sənaye və iqtisadi imkanlarını yüksək qiymətləndirərək, şəhərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya biləcəyini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam