Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Rəsmi Tehran ABŞ-ın İran tankerlərinə hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ ordusunun Cask limanı və Hörmüz boğazı yaxınlığında iki İran tankerinə hücumunu pisləyib.

Yenixeberorg.com-un məlumatına görə, İran XİN-in yaydığı bəyanatda bildirilib ki, bu hücumlar atəşkəs barədə razılaşmanın və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır.

Qeyd olunub ki, İran ordusu bu hücumlara cavab verib və qarşı tərəf öz məqsədlərinə çata bilməyib.

İran XİN ABŞ rəsmilərinin mövqeyini tənqid edərək, Vaşinqtonun Fars körfəzi və Oman dənizindəki hərbi mövcudluğunun regionda təhlükəsizliyə xidmət etmədiyini, əksinə qeyri-sabitliyi artırdığını vurğulayıb.

Rəsmi Tehran BMT Baş katibini və Təhlükəsizlik Şurasını üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.

“İran region dövlətlərini qarşılıqlı etimada əsaslanan, xarici qüvvələrin müdaxiləsindən uzaq təhlükəsizlik mexanizmi yaratmağa dəvət edir”, - bəyanatda deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam