Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Etibar Məmmədovun villası qarət olundu


Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri Etibar Məmmədovun Sabunçu rayonunda yerləşən villasından 19 min dollar oğurlanıb.

Yenixeberorg.com xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üçmərtəbəli evdən 19 min dolların (32 300 manat) oğurlanmasına görə bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli tutulub.

İş üzrə Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Məlum olub ki, Ə.Əbülhəsənli oğurladığı pulları qızlarla eyş-işrət məclisində xərcləyib.

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb.

Əli 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Ona cəzaçəkmə müddətində Bakı şəhərinin hüdudlarını, eləcə də hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etmək qadağan olunub.

Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

Məhkəmə zərərçəkmiş şəxsin mülki iddiasını təmin edib.

Mülki cavabdeh Əli Əbülhəsənlidən maddi zərərə görə 27 800 manat və 174 manat dövlət rüsumu, 100 manat vəkil xərcinin tutulması, cəmi 28 074 manat məbləğində pulun iddiaçı Orxan Etibar oğlu Məmmədova ödənilməsi barədə qərar çıxarılıb. (“Teleqraf”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam