Redaktor seçimi
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazir: "Azərbaycan aqrar innovasiyaların tətbiq olunduğu məkana çevrilib"

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün Prezident İlham Əliyevin yürütdüyü aqrar siyasət nəticəsində ölkəmizi kənd təsərrüfatı sahəsində innovasiyaların, "yaşıl iqtisadiyyat"ın və "ağıllı kənd" konsepsiyalarının tətbiq olunduğu məkana çevirib.

Yenixeberorg.com xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov rəhbərlik etdiyi qurumda Ümummilli Liderin anadan olmasının 103 illiyinə həsr olunmuş "Əbədiyyətə qovuşan ömrün 103-cü baharı" mövzusunda tədbirdə bildirib.

Tədbir Yeni Azərbaycan Partiyası və nazirliyin birgə təşkilatçılığı ilə baş tutub.

M.Məmmədov Heydər Əliyevin ömrünü Azərbaycanın dövlət müstəqilliyi və yüksəlişi ilə eyniləşən əbədi yol adlandırıb. Nazir qeyd edib ki, onun fəaliyyətinin hər mərhələsi xalqımızın rifahına, ölkəmizin qüdrətlənməsinə xidmət edib: "Bu gün Ulu Öndərin siyasi kursunu Müzəffər Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Azərbaycanın işğaldan azad edilmiş, "Yaşıl Enerji Zonası" elan olunmuş Qarabağ və Şərqi Zəngəzurun münbit torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması Ümummili Liderimizin ruhunu şad edən ən böyük tarixi hadisələrdəndir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam