“Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər”
Yenixeberorg.com: İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS hərəkatının bir neçə silahlı üzvünün məhv edildiyini açıqlayıb. Bu barədə İsrail ordusu məlumat yayıb.
“Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər. Təhlükəni aradan qaldırmaq məqsədilə onlar hava zərbəsi ilə zərərsizləşdirilib”, - deyə vurğulanıb.
Bildirilib ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma riskini azaltmaq üçün bir sıra tədbirlər görülüb. Bunlara dəqiq idarə olunan sursatlardan istifadə və hava müşahidəsinin aparılması daxildir.









AZ
RU