
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze 10 il həbs cəzasına məhkum edilib.
Yenixeberorg.com: O, vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında təqsirli bilinib. Məhkəmə onun İspaniyadakı evini və torpağını, eləcə də Tsknetidəki evini və qarajını müsadirə edib. Həmçinin, ona iki il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.
Keçmiş nazir müavini Giorgi Xaindrava və keçmiş nazirin qaynı Vasil Mxeidze isə səkkiz il həbs cəzasına məhkum ediliblər. Xaindravaya da iki il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib və Mxeidzenin əmlakı müsadirə edilib.
Müdafiə Nazirliyinin Təchizat Departamentinin keçmiş rəhbəri Vladimir Quduşauri, günahını boynuna almaq üçün sövdələşmə sayəsində dörd il şərti cəza, 10.000 lari (3700 dollar) cərimə olunub və bir il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.









AZ
RU